Muəllif:

Taekvondoçular «Trelleborq Open»i 5 medalla başa vurublar

Azərbaycanın taekvondo üzrə gənclərdən ibarət seçmə komandası İsveç Krallığında «Trelleborq Open» turnirini zəfərlə başa vurub.
Azərbaycan Taekvondo Federasiyasından Trend-ə verilən məlumata görə, idmançılarımız Avropa Taekvondo Birliyinin (ETU) A dərəcəli yarışının son günü daha 2 medal qazanıblar. Ayxan Tağızadə (63 kq) və Səid Quliyev (73 kq) qızıl medala sahib olublar.
Fevralın 10-da yarışa qatılan digər 3 taekvondoçumuz isə mübarizədən medalsız ayrılıb. Nüfuzlu turnirin axırıncı yarış gününə olan nəticələr belədir:
63 kq
Təsnifat mərhələsi
Ayxan Tağızadə — Sindro Holff Peterson (Norveç) 19-7
Təsnifat mərhələsi
Ayxan Tağızadə — Klemas Aurimas (Litva) 12-8
¼ final
Ayxan Tağızadə — Konstantios Çamilidis (Almaniya) 06-05
½ final
Ayxan Tağızadə — Natçapon Çalermluk (Tayland) 9-3
Final
Ayxan Tağızadə — Stefan Samarciyev (Bolqarıstan) 5-4
73 kq
1/4
Səid Quliyev — Roberto Botta (İtaliya) 07-03
½ final
Səid Quliyev — Giorqos Patsali (Kipr) 8-3
Final
Səid Quliyev — Jon Asp (Norveç) 08-04
68 kq
Təsnifat mərhələsi
Saməddin Əliyev — Lətif Sami (Danimarka) 05-04
Təsnifat mərhələsi
Saməddin Əliyev — Aadne Skei Landsem (Norveç) 04-05
59 kq
Təsnifat mərhələsi
Zeyvi Kərimova — Pia Leonhardt (Almaniya) 00-03, qızıl xal
63 kq
Təsnifat mərhələsi
Nicat Fərəcov — İvan Filipoviç (Xorvat) 04-13
Beləliklə, ənənəvi «Trelleborq Open» turnirinin daimi favoritlərindən sayılan Azərbaycan taekvondoçuları bu dəfə 3 qızıl və 2 bürünc medal qazanmaqla yarışı yüksək pillələrdə başa vurublar. Daha 5 idmançımız isə mübarizəni ¼ finalda dayandırmaqla ən azı bürünc medal şansını əldən verib.
Gənclərdən ibarət semə komandanın baş məşqçisi, əməkdar məşqçi Məmməd Abdullayev və heyətin böyük məşqçisi Zahid Məmmədovun rəhbərliyilə 2013-cü ilin ilk beynəlxalq turnirini zəfərlə başa vuran Azərbaycan taekvondoçuları fevralın 12-də Bakıya qayıdacaqlar.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 156