Muəllif:

Taekvondoçular son hazırlıqları davam etdirirlər

Azərbaycan taekvondoçuları 2013-cü ilin ilk yarışı ərəfəsindədirlər. Gənclərdən ibarət seçmə komandamız ənənəvi «Trelloborq Open» turnirinə son hazırlıqları davam etdirir.
Azərbaycan Taekvondo Federasiyasından Trend-ə verilən məlumata görə, taekvondoçularımız baş məşqçi, respublikanın əməkdar məşqçisi Məmməd Abdullayev və komandanın böyük məşqçisi Zahid Məmmədovun rəhbərliyi ilə federasiyanın idman zalında gün ərzində iki dəfə təlim-məşq keçirlər. Yanvarın 17-dən fiziki məşqlərə başlayan idmançılar fevralın 5-dək hazırlıqlarını taktiki hissə ilə davam etdirəcəklər.
İsveçdə Avropa Taekvondo Birliyinin (ETU) A dərəcəli yarışında iştirak etmək üçün məşqçilər heyəti aşağıda adları çəkilən idmançılara etimad göstərib:
Oğlanlar
-45 kq, Tağı Tağızadə
-48 kq, Babək Əjdərli
-51 kq, Samir Novruzov
-55 kq, Məhəmməd Məmmədov
-55 kq, Məmmədnəbi Alqayev
-59 kq, Əli Axundov
-59 kq, Yusif Hüseynli
-63 kq, Ayxan Tağızadə
-63 kq, Nicat Fərəcov
-68 kq, Saməddin Əliyev
-73 kq, Səid Quliyev
+78 kq, Elnur Məhərrəmov
Qızlar
-44 kq, Mirxanım Ağayeva
-44 kq, Nərminə Məmmədova
-46 kq, Təranə Məmmədova
-49 kq, Zümrüd Məlikova
-52 kq, Aynur Məmmədova
-59 kq, Zeyvi Kərimova
Fevralın 9-10 tarixlərinə təyin edilən «Trelleborq Open» bütün yaş qrupları üzrə keçiriləcək. Yarışa ayın 7-də yollanacaq gənclərdən ibarət seçmə komandamız fevralın 12-də Vətənə dönəcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 198