Muəllif:

Taekvondoçular beynəlxalq turniri 20 medalla başa vurdular

Misidə «Alexandria Open» beynəlxalq turniri Azərbaycan taekvondoçularının möhtəşəm zəfəri ilə ilə başa çatıb. Yarışın ilk günü 10 medal qazanan idmançılarımız ertəsi gün daha 10 müxtəlif əyarlı mükakafatla ənənəvi turniri lider kimi başa vurublar.
Azərbaycan Taekvondo Federasiyasından Trend-ə verilən məlumata görə, fevralın 26-dakı görüşlərdə Samir Aydınov (54 kq) qızıl medal, Məcid Sofiyev (54 kq), İlkin Şahbazov (74 kq), Bayraməli Vəliyev (87 kq), Aygül Abdullayeva (53 kq), Aytən Səmədli (62 kq) və Xəyalə Quliyeva (46 kq) isə gümüş mükafata sahib olublar. Bürünc medalları Günay Ağayeva (53 kq), Fərid Tağızadə (87 kq) və Səbinə Mikaylova (62 kq) əldə edib.
Bir gün əvvəl isə Samir Cavadlı (58 kq), Fariz Əliyev (68 kq), Ramin Əzizov (80 kq) və Fəridə Əzizova (67 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Gümüş medalları Hüseyn Mehrəliyev (68 kq), Surə Fərəcli (49 kq) və Günay Ağakişiyeva (57 kq) qazanıb. Bürünc mükafatları isə Vüsal Məmmədov (58 kq), Ramin Abdullayev (80 kq) və Türkanə Tahirli (49 kq) əldə ediblər. Ümumdünya Taekvondo Federasiyasının (WTF) G1 kateqoriyasından olan bu açıq turnirin mükafatçıları beynəlxalq reytinq xallarını da artırıblar.
Milli komandaların baş məşqçisi, əməkdar məşqçi Ələkbər İmaməliyevin, milli komandaların böyük məşqçisi və qadınların baş məşqçisi, əməkdar məşqçi Gündüz Abdullayev, eləcə də kişilərdən ibarət heyətin böyük məşqçisi Elnur Amanovun rəhbərliyi ilə İskəndəriyyədə V açıq beynəlxalq turnirdə 5 qızıl, 9 gümüş və 6 bürünc olmaqla 20 medal qazanan böyüklərdən ibarət komandamız birinci pilləni, o cümlədən kişilər birinci yeri, qadınlar isə ikinci sıranı tutublar.
Müxtəlif yaş qrupları üzrə «Alexandria Open» turnirində 13 ölkədən 500-dək idmançı iştirak edib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 144