Taekvondo yığması Meksikaya dünya çempionata yollanır
Taekvondo üzrə Azərbaycan milli komandası Meksikaya dünya çempionatına yollanır. Taekvondo Federasiyasından bildirilir ki, komanda vitse-prezident Nağı Səfərov və Niyaməddin Paşayevin rəhbərliyi ilə səfərə çıxır. Kkomanda iyulun 10-da yola düşür.
Pueblada keçiriləcək dünya çempionatına 15 idmançı ilə qatılan millimizin baş məşqçisi, əməkdar məşqçi Ələkbər İmaməliyev və böyük məşqçi Elnur Amanov heyətə Mikayıl Əliyev (54 kq), Maqomedyasin İbrahimov (58 kq), Fariz Əliyev (63 kq), Elvin Məmmədov (68 kq), İlkin Şahbazov (74 kq), Ramin Əzizov (80 kq), Radik İsayev (87 kq) və Ceyhun Həsənlini (+87 kq) cəlb edib.
Qadinlardan ibarət seçmə komandanın baş məşqçisi, əməkdar məşqçi Gündüz Abdullayev isə heyətə Türkanə Tahirli (46 kq), Patimat Abakarova (49 kq), Səbinə Mikayılova (53 kq), Günay Ağakişiyeva (57 kq), Darya Qorbaçeva (62 kq), Fəridə Əzizova (67 kq), Marina Tedeyevanı (73 kq) daxil edib.