Muəllif:

Şüvəlanda iki avtobus kəllə-kəlləyə gəldi

Şüvəlanda avtobus qəzası baş verib. İki avtobus kəllə-kəlləyə gəlib. 100 saylı xətt üzrə hərəkət edən DAEWOO sərnişin avtobusu ilə 21 saylı xətt üzrə hərəkət edən başqa bir DAEWOO sərnişin avtobusunun toqquşması nəticəsində 100 saylı xətt üzrə hərəkət edən avtobus HYUNDAİ yük avtomobilinə çırpılıb. Hadisə zamanı 100 saylı sərnişin avtobusunda olan iki nəfər xəsarət alıb. Xəsarət alan hər iki sərnişin hadisə yerinə gələn təcili yardım avtomobilində tibbi yardım göstərilərək evə buraxılıb. Yol polisinin araşdırma apardığı bildirilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 166