Muəllif: Redaksiya
Sürücülük vəsiqəsini itirənlərin üzü gülsün
Sürücülük vəsiqəsini itirmək vətəndaş üçün ağır məşəqqətlərin başlanması deməkdir. İndi isə xeyirxah adamlar bu halla üzləşənlərin əzablarına son qoymaq istəyirlər. Azərbaycanda sürücülük vəsiqəsinin qəsdən korlanmasına, yararsız hala salınmasına və ya itirilməsinə görə tətbiq olunan cəriməni ləğv etmək təklif olunub və buna müsbət yanaşma var.
MM Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Trend-ə bildirib ki, bununla bağlı aprelin 19-da komitənin iclasında İnzibati Xətalar Məcəlləsinə (İXM) dəyişiklik müzakirə ediləcək.
Mövcud qanunvericilikdə sürücülük vəsiqəsinin qəsdən korlanmasına, yararsız hala salınmasına və ya itirilməsinə görə 40 manat miqdarında cərimə nəzərdə tutulur.
Baş ağrısı və get-gəl də öz yerində…
Bölüm: Cəmiyyət
Oxunma sayı: 203

