Muəllif:

Təbrizdə tutulan vətəndaşlarımız barədə ziddiyyətli xəbərlər dolaşır

Təbrizdə tutulan vətəndaşlarımız barədə ziddiyyətli xəbərlər dolaşır. Azərbaycan MEA Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalidin sürücüsü Şamxal Hüseynovun azadlığa buraxıldığı xəbəri təsdiqinin tapmır. İnstitutun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin müdiri, direktorun beynəlxalq əlaqələr üzrə müşaviri, Xalidə Xalidin elmi rəhbəri Vaqif Arzumanlının sözlərinə görə, onun azad buraxılması haqda ona Şamxal Hüseynovun həyat yoldaşı Fatimə Hüseynova və qardaşı Nicat Hüseynov məlumat verib (Trend).
«Həftənin cümə axşamı günü Şamxal Hüseynov yoldaşı Fatimə Hüseynovaya zəng edərək bildirib ki, onu azadlığa buraxıblar. Yaxın günlərdə Şamxal Hüseynov Bakıya gələcək» — deyə Arzumanlı əlavə edib.
O, bildirib ki, İranın rəsmi qaydalarına görə, xarici vətəndaşlara hər hansı hadisəyə görə təqsirləndirilmiş və ya həbs edilmiş, sonradan isə azadlığa buraxılmış İran vətəndaşları ilə görüşmək qadağandır.
Qeyd edək ki, İran XİN-i məlumat yayaraq bildirib ki, saxlanılan Azərbaycan vətəndaşları qeyri-qanuni əlaqələr qurmaqda — qanunla qadağan edilmiş şəxslərlə görüşməkdə ittiham edilirlər.
Bir neçə gün öncə Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov ETTELAT tərəfindən saxlanılıblar. Azərbaycan tərəfi bununla bağlı İrana nota verib. İran tərəfdən isə konkret izahat yoxdur. Bu iki vətəndaşımızın guya casusluq etdikləri barədə iddialar da səslənmişdir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 144