Muəllif:

Suriyaya qarşı əməliyyatlar gələn həftə başlaya bilər

Suriya ətrafında durum son həddə çatmaqdadır. Belə görünür hərbi əməliyyatlar qaçılmazdır və
Əsədi Səddamın taleyi gpzləyir. Hərbi əməliyyatlarla bağlı Britaniya baş naziri ilə ABŞ rəsmiləri arasında danışıqlar davam edir. Artıq Britaniya hərbi-dəniz donanması ABŞ-la birlikdə Suriyada kimyəvi silah tətbiqinə cavab olaraq hazırlıqlara başlayıb. “The Telegraph”a istinadən yaylan məlumata görə, hökumətdəki mənbələr Britaniyanın yaxın zamanlarda Suriyada hərbi əməliyyata başlayacaq ABŞ-a dəstək verməyi planlaşdırdığını deyib. Hələlik bununla bağlı Britaniyanın baş naziri Devid Kemeronla ABŞ rəsmiləri arasında danışıqlar davam edir. Mənbə bildirib ki, razılaşma əldə olunsa, hərbi əməliyyat gələn həftə başlaya bilər.

Krallığın xarici işlər naziri Uilyam Xeyq bildirib ki, ABŞ və müttəfiqləri Suriya prezidentinə göstərməlidir ki, dünya ictimaiyyəti bu rejimin xalqa qarşı kimyəvi silah tətbiqinə laqeyd qala bilməz.

ABŞ Hərbi-Dəniz Qüvvələri avqustun 21-də Dəməşq yaxınlığında kimyəvi hücum xəbərindən sonra öz qüvvələrini Suriya yaxınlığına cəmləşdirməyə başlayıb. Suriya müxalifəti hücum zamanı 1600-dən çox insanın öldüyünü bildirir. “Sərhədsiz həkimlər” təşkilatı isə bu hadisə zamanı cəmi 355 nəfərin öldüyünü açıqlayıblar.

Suriya hökuməti kimyəvi silah hücumu ilə bağlı ittihamları rədd edib və bu hücumu üsyançıların təxribatı adlandırıb. Dövlət telekanalı müxalifətə məxsus gizli tunellərdə kimyəvi silah anbarlarının aşkarlanmasına dair kadrlar yayımlayıblar.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 134