Muəllif:

Suriyada öldürülən 30 azərbaycanlı kimdir?

Azərbaycan XİN Suriyada 30-dək azərbaycanlının öldürülməsi xəbərinə münasibət bildirərək bəyan edib ki, Suriyada öldürülən, azərbaycanlı olduğu iddia edilən şəxslərin vətəndaşlığını aydınlaşdırmaq üçün səy göstəriləcək. Bu açıqlamanı APA-ya XİN mətbuat katibi Elman Abdullayev verib.

Bəlli olduğu kimi, mücahid türklərə məxsus saytda bu günə kimi Suriyada 30-dək azərbaycanlı döyüşçünün öldürüldüyü barədə məlumat yerləşdirilib.

Elman Abdullayev xatırladıb ki, Azərbaycanın Suriya səfirliyində konsulluq qeydiyyatında olan Azərbaycan vətəndaşlarının hamısı ölkədə vəziyyət gərginləşdikdən sonra buranı tərk edib: “Səfirlik isə Livanın paytaxtı Beyruta köçürülüb və hazırda Suriya ilə bağlı məsələləri oradan idarə edir. Diplomatik missiya Beyruta köçürülməzdən əvvəl səfirlik Azərbaycan vətəndaşlarının hamısının Suriyanı tərk etməsinin qeydinə qalıb. Bu gün konsulluqda qeydiyyatda duran Azərbaycan vətəndaşlarının hamısı Suriyanı tərk ediblər”. Elman Abdullayev artıq bir çox xarici ölkələrin diplomatik missiyalarının ölkədəki gərgin vəziyyətlə əlaqədar Suriyanı tərk etdiyini bildirib.

Mətbuat katibinin sözlərinə görə, Suriyada yaranmış vəziyyətlə əlaqədar öldürülən şəxslərin milliyyətini və vətəndaşlığını müəyyənləşdirmək çətindir: “Bu şəxslərin Azərbaycan vətəndaşı olduğu rəsmən müəyyənləşməyib. Ölkədəki gərgin vəziyyətə baxmayaraq Azərbaycan tərəfi bu adamların vətəndaşlığını müəyyənləşdirməyə səy göstərəcək”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 953