Muəllif:

Suriya vurulacaq, Türkmənlərin daha fəlakətli günləri yaxınlaşır

Suriyanın vurulacağı gün yaxınlaşır. Hər şey İraq hadisələri öncəsində olduğu kimi cərəyan edir. Bu ölkədə yaşayan 4-5 milyonluq Türkmən əsilli insanlara qarşı daim qəddarlıq sərgiləmiş olan ata-oğul Əsədlərin erası bitməkdədir. Suriyada hərbi əməliyyatlar başlayınca hər şeyin İraq ssenarisi ilə davam edəcəyi kimsədə şübhə doğurmur. Rusiya Əsədin arxasından qaçır. İran onu ciddi şəkildə müdafiə etmək iqtidarında deyildir. Türkiyənin və imkanlı ərəb ölkələrinin İrana sığınmış Əsədə münasibətləri isə bəllidir…

Bəhanə — Əsədin əhaliyə qarşı kimyəvi silah işlətməsidir. İraqda bir zaman Səddamın kütləvi qırğın silahına malik olduğu iddiasını xatırlayaq. Qərb koalisiyası bu bəhanə ilə İraqa girdi. Bu silahları tapmadı, Səddamı «demokratiya düşməni» adı ilə boğazından asdı. İndi Əsədin növbəsidir. Baxmayaraq ki, Sergey Lavrovun da qeyd etdiyi kimi, Qərb dövlətlərinin əlində Suriya hakimiyyətinin kimyəvi silah tətbiq etməsinə dair heç bir fakt yoxdur.

Rusiya xarici işlər naziri Lavrovnun bu günkü brifinqdə dediyi kimi, internetdə yayımlanan, avqustun 21-də Şərqi Qutada kimyəvi silahın tətbiq olunması ilə bağlı informasiyalardan sonra Vaşinqton, London, Paris və bir sıra qərb dövlətlərindən Suriyaya hərbi müdaxilənin mümkünlüyü barədə bəyanatlar səslənir: “Onlar deyirlər ki, Suriya hökumətinin kimyəvi silah tətbiq etməsi ilə bağlı faktları var. Lakin onlar bu faktları ortaya qoya bilmirlər. Buna görə də biz təkid edirik ki, avqustun 21-də Suriyada baş verənlər BMT Təhlükəsizlik Şurasının müşahidəçiləri tərəfindən dərhal araşdırılmalıdır.

İnternetdə yayılan bir video ilə nəyi sübut etmək olar? Britaniya və ABŞ bu videonu əsas götürüb Suriya hakimiyyətini günahlandırmaq istəyir. Onlar Əsəd hakimiyyətinin kimyəvi silahın tətbiqinə dair izləri itirdiyini bildirirlər”.

S. Lavrov Qərb ölkələrini Dəməşqə qarşı güc yolu ilə təzyiqdən çəkinməyə, təxribatlara uymamağa, Suriyada olan BMT ekspertlərinin hərtərəfli, obyektiv və tərəfsiz araşdırma aparması üçün normal şərait yaradılmasına dəstək verməyə çağırıb: «Qərb əvvəlki konfliktlərdən dərs çıxarmalı, həmin səhvləri bir də təkrarlamamalıdır. Hərbi müdaxilə heç bir regiona sabitlik və təhlükəsizlik gətirməyib».

Bizi ən çox rahatsız edən Türkmən qardaşlarımızın halının necə olacağıdır. Onların bir qismi Türkiyəyə sığınsa da,  ölkədə qalanları daha çoxdur. Ərdoğan höküməti hələ ki suyu üfürə-üfürə içir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 267