Muəllif:

Suriya terrorçuları

Xulio Fuentes: «Mən «Əl-Qaida»da zəhərli qazlar alqısında iştirak edən üç erməni ilə tanış oldum…»
XXI əsr yeni bir fəlakət mənbəyi ilə üz-üzə dayanıb. Bu fəlakət mənbələri baş verə biləcək terror aktları, eləcə də, kütləvi terror hadisələri üçün əsas bazalardan birinə çevrilə bilər. Məlumata görə, hər il beynəlxalq qara bazarda 30 min ton zəhərli kimyəvi maddə satılır: «Beynəlxalq terror təşkilatlarının əlinə keçən bu zəhərli maddələrin bir qismindən artıq «çirkli bombalar»ın, güllələrin və mərmilərin hazırlanması praktikası da başa çatıb. ABŞ MKİ-nin bu istiqamətdə informasiya və məlumat toplayan idarələrinin qənaitinə görə, dünyanın 85 ölkəsi dinc və əmin-amanlıq prinsiplərilə yaşamaq üçün maneə faktorudur. Adları qeyd olunan ölkələr XXI əsrdə təhlükə mənbəyi kimi olaraq qalır.
Məlumata görə, Ermənistan da belə ölkələr cərgəsində 14-cü yerdədir. ABŞ-ın «Nüvə layihələri üzrə komissiyası»nın rəhbəri Cek Ramzey Ağ Evə ünvanladığı hesabatda iddia edir ki, Vaşinqton da daxil olmaqla Moskva, Paris, London, Berlin… Ermənistan istiqamətində hərbi əməkdaşlıq məsələlərinə yenidən baxılmalıdır. Tərkibində kütləvi qırğın silahlarının komponentləri olan hərbi sursatların bu ölkəyə satılması qadağan olunmalıdır. Yerevan faktiki olaraq öz əhalisindən ətrafda hansı proseslərin getdiyini, nələrin baş verdiyini gizlədir. «Ermənistan — C.Ramzey deyir — zəhərli zonadır. O zəhərlənib…» Hesabatda bu da qeyd olunur ki, Ermənistan ərazisində fəaliyyət göstərən beynəlxalq şirkətlərin də iş rejimi pozulub. Onların bir qismi artıq öz ofislərində yır-yığışla məşğuldur. Çünki, Ermənistanda faktiki olaraq, bu gün 1246 açıq qalmış radiasiya mənbəyi var. Maraqlıdır ki, onların bir qisminə müdafiə nazirliyinin ərazilərində rast gəlmək mümkündür. Ölkə hökümətinin bu istiqamətdə xüsusi proqramına heç kəs məhəl qoymur.
Bütün bu məsələlərdən gileylənən C.Ramzey bu nüvə mənbələrinin beynəlxalq terrorizmdən də yan keçmədiyini qeyd edib.
Araşdırmalarımıza görə, İspaniyada nəşr olunan «El Mundo» və «Puedlo» gündəlik qəzetləri artıq bu istiqamətdə bir neçə dəfə (2010-2011) ciddi nəticələri olan araşdırma yazılar çap edib. Məsələn, «El Mundo» qəzeti yazır ki, (Əfqanıstan üzrə jurnalist Xulio Fuentesin Madriddə çap olunmuş tədqiqat yazılarının «Qeydlər» toplusundan. 2011.) beynəlxalq terrorçu Üsəma Bin Ladenin dəstəsi Ermənistandan 110 litr zəhərli zarin qazı alıb. Müəllif bu yazısı ilə beynəlxalq aləmi işğalçı dövlətə — Ermənistana tərəf çevirmək fikrindədir. Müəllif yazır: «… «Əl-Qaida»çılar bu zəhərli maddələri əldə etmək üçün bir neçə dəfə Şirakas, Cerkesdzor, Ozanyan, Plexanov və Sverdlov yaşayış məntəqələrində olub. Aştarak və Qafan rayonları ərazilərindəki zəhərli maddələr saxlanılan anbarlardan materiallar əldə ediblər. Ermənilər satdıqları zəhərli qazlardan 531 min dollar gəlir əldə ediblər və bütün bu əməliyyatı da Müdafiə Nazirliyinin kütləvi qırğın silahlarına nəzarət idarəsinin (kimyəvi qanunlar üzrə) rəis müavini işləmiş (bu gün o, artıq rəisdir) kəşfiyyat polkovniki Manuçar Hakopyan hazırlayıb…»
Araşdırmalarımıza görə, zəhərli qazların böyük bir hissəsi 2007-ci ildə Suriya hökümətinə satılıb. Həmçinin məlumata görə, Yerevan — Dəməşq arasında belə alqı-satqı məsələsi əvvəllər də olub. (Bax: «Ermənistan-Suriya hərbi bağlaşma: 2005-ci il. III. 24. «»Suriya Ərəb İnformasiya Agentliyi»nin («SAHA»)-Moskva bürosunun məlumatı.)
İspaniya mətbuatı bunu da açıqlayır ki, bu gün «Əl-Qaida»nın tərkibində öz soyadlarını dəyişən ermənilər də var. Jurnalist Xulio Fuentes (artıq sağ deyil) açıqlamasında qeyd edir ki, «Əl-Qaida»da erməni muzdlularına rast gəlib. Məsələn, erməni Abadak İosifoviç Vanyanın «Əl-Qaida» terror qruplaşmasında adı belədir: Əbdül ibn Yəhya bin Van… və yaxud Simon Qevorkyan — Səlam bin Harun, Avetis Şahincanyan — Əbdül Rəhim şah çağırılır… Təəssüflər ki, Ağ Ev rəsmiləri beynəlxalq aləmə çıxarılmış bu rəsmi sənədləri təhlil etmək istəmir. Halbuki hər üç erməninin — terrorçu qrupun Azərbaycanın işğal olunmuş ərazilərində — Dağlıq Qarabağ torpaqlarında amansız, qanlı izləri var. Onların bir qismi erməni işğalına məruz qalmış ərazilərimizdə «Əl-Qaida»nın «055» narkoqrupu ilə sıx təmas qurub. Bu adamlar narkoplantasiyaların salınmasında, daşınmasında, yayılmasında və beynəlxalq narkobiznesdə aktiv rol oynayırlar. Məlumata görə, ispan jurnalistinin qeyd etdiyi hər üç erməni terrorçusu — «Əl-Qaida»çıların cərgəsində peyda olan işğalçı dövlətin nümayəndələri, 1990-1992-ci illərdə ASALA beynəlxalq erməni terror təşkilatında — Marsel ərazisində (Fransa) təlim keçiblər. Əldə olunan başqa sənədlər sırasında isə bu istiqamətdə Ermənistanı ifşa edən digər fakt və rəqəmlər var…
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 241