Suriya: bir kənddə 200 türkmən öldürülüb…
Suriyada türkmənlərə qarşı soyqırımı aktı törədilib. Əsəd tərəfdarı olan ərəb nusaybinlər Hüms şəhərinin qərbində yerləşən kəndlərinin birində yaşayan 200-dən artıq türkməni amansızlıqla qətlə yetiriblər. Suriya Türkmən Hərəkatının mətbuat katibi Əli Öztürkmən APA TV-yə eksklüziv açıqlamasında baş verən faciənin təfərrüatlarını açıqlayıb.
Əli Öztürkmən bildirir ki, bu soyqrımın həyata keçirilməsində məqsəd türkmənləri köçə məcbur etməkdir.
Suriya Türkmən Hərəkatının təmsilçisi türk dünyasını bu hadisələrə reaksiya verməyə çağırıb.
Rəsmi rəqəmlərə görə, Suriyada 3,5 milyon, başqa təxminlərə görə 5 milyona yaxın türkmən yaşayır. Döyüşlərin getdiyi Hələb, Hüms, Lazkiyə kimi böyük şəhərlərin əhalisinin əksər qismini hissəsini türkmənlər təşkil edir və bu yerlər Batı Türkməneli adlanır.