Muəllif:

Süni bahalaşma ailə büdcəsinə nə qədər ziyan vurur?

Noyabrın əvvəllərində yanacağın qiymətinin artırılması, bir tərəfdən, bir sıra digər malların da qiymətinə təsir etmiş, digər tərəfdən isə bu hadisənin psixoloji təsiri inflyasiya təzyiqini artıraraq həm də süni qiymət atrımına da şərait yaradıb.

İkincisi,dekabrın birinci yarısında havaların qarlı-şaxtalı keçməsin bəzi məhsulların qiymətlərinin artması ilə müşahdə olundu.
Üçüncüsü, hər il olduğu imi bu il də Yeni İl qabağı süni qiymət artımına geniş meydan açılır. Millət vəkili Əli Məsimli deyir ki, bahalaşmanın  bu 3 amilinin çulğalaşmış təsiri özünü çox qabarıq şəkildə göstərməkdədir.
Aidiyyatı hökumət qurumları qiymət artımını səngitməkdən ötrü bayram yarmarkaları təşkil etməyi planlaşdırır. İqtisadçı millət vəkili Əli Məsimli bu addımı müsbət qiymətləndirməklə yanaşı, eyni zamanda həm də onu da xatırlatmağı zəruri hesab edir ki, Azərbaycanda qiymətlərin süni surətdə artan hər faizi ölkə əhalisinin ailə büdcəsinə ildə 170 milyon manatdan artıq ziyan vurur.Ona görə də hər il bayramqabağı geniş vüsət alan süni qiymət artımı və keyfiyyəysiz malların satışının qarşısını almaqdan ötrü əlavə tədbirlərin də görülməsini zəruri sayır.

O konkret təkliflər irəli sürür. Millət vəkili deyir ki, Yeni İl Yarmarkalarının Bakı ilə yanaşı regionların iri şəhərlərində də təşkil edilsin və diqqətsizlikdən istifadə edib, orada da qiymətlərin razılaşdırıldığından yüksəyə qaldırılması hallarının minimuma endirilməsi istiqamətində təsirli tədbirlər görülsün. İkincisi, süni qiymət artımı ilə yanaşı Yeni İl qabağı keyfiyyətsiz və insan orqanızmı üçün təhlükəli malların satışa çıxarılmasının qarşısını almaqdan ötrü intensiv monitoriqlərin keçirilsin və həmin hallara qarşı cəza tədbirlərinin geniş şəkildə ictimailəşdirilsin. Üçüncusu, bayramqabağı qiymət artımından yox, əksər ölkələrdə olduğu kimi,Azərbaycanda da qiyməti endirib, satışım həcmini artırmaqla dövriyyədən daha çox qazanmaq yoluna keçilməsinə dair dair iş adamlarına çağırışlar edilsin və KİV-də bunu əyani sübut edən roliklərdən geniş şəkildə istifadə edilsin. Dödürncüsü, televiziya kanallarında, internet üzərindən və digər KİV-lərdə sahibkarlara istehlakçıların qanunla müəyyən olunmuş hüquqlarının xatırladılmasına dair sosial reklamların intensiv şəkildə verilməsinə başlanılsın. Nəhayət sonuncu təklif vətandaşların aldadılmasına yönələn saxta reklamlar və saxta endirimlərə qarşı mübarizənin gücləndirilməsi və real endirimlər təşviqləndirilsin.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 152