Su polosu üzrə Çempionlar Liqasının final mərhələsinə ev sahibliyi etmək istəyirik
Ölkənin Su İdman Növləri Federasiyası 2015-ci ildə su polusu üzrə Çempionlar Liqasının final mərhələsinin Bakıda keçirilməsi ilə bağlı sifariş ərizəsi ünvanlayıb. Federasiyadan bildirilir ki,bu barədə qərar Bakıda səfərdə olan LEN-in (Avropa İdmanın Su Növləri Federasiyas) rəhbəri Paolo Barelli ilə keçirilən görüşdə verilib.
LEN rəhbərliyi ilə Gənclər və İdman Nazirliyindəki görüşlərdə ölkədə su idman növləri üzrə yarışların keçirilməsi barədə razılıq əldə olunub.
Görüşdə, o cümlədən 2016-2018-ci illərdə su idman növləri üzrə Avropa çempionatının Azərbaycanda keçirilməsi üçün sifariş ərizəsinin verilmə məsələləri müzakirə olunub.
Səfər çərçivəsində federasiyalar arasında menecment üzrə təlimlərin keçirilməsi, məşqçilərin hazırlanması, o cümlədən böyük beynəlxalq tədbirlərə yardım etməklə bağlı razılıq əldə olunmuşdur.