Muəllif:

Strasburqda erməni-azərbaycanlı görüşü qapalı şəraitdə keçir

Bu gün səhər Strasburqda, Avropa Şurasının binasında Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında görüş başlayıb. Görüş Avropa Şurasının Gənclər Mərkəzində, Avropa Şurasının siyasət şöbəsi tərəfindən təşkil olunub. Azərbaycan heyətinə Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva, Qadın İnstitutunun direktoru Səidə Əbdülvahabova, EL Hərəkatının sədri, Milli Şura İcra Aparatının rəhbəri Eldar Namazov, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu, ACİ — Yardım Fondunun (Soros Fondu) Azərbaycan bölməsinin İdarə Heyətinin sabiq sədri İradə Bağırova, Bakı Dövlət Universitetinin müəlliməsi, dosent Niyal Barxalova, Sülh Proqramının layihə direktoru Səbinə Hüseynova, Sülh Proqramının koordinatoru Sona Məstanova və kulturoloq Toğrul Cuvarlı daxildir.

Görüşdə XXI əsrdə mültikultural dünyada sülh naminə tədris, Kipr modeli üzrə sülh və barışığa nail olmaq, gələcəkdə regionda birgə layihələrin hazırlanması, Avropa Şurasının barışıq prosesindəki rolu, Kipr adasının türk və yunan mətbuatları arasındakı əməkdaşlıq modeli, münaqişədənkənar sahələrdə (elm, təhsil və s.) əməkdaşlıq yolu ilə münaqişənin tənzimlənməsinə yardım mövzularında müzakirələr aparılacaq.

Görüş qapalı şəraitdə keçirilir və hələlik mətbuata heç bir açıqlama verilmir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 177