Muəllif:

Statoil tələbələrə sualtı layihələr və əməliyyatları təqdim edib

Norveçin Statoil şirkəti Bakı Ali Neft Məktəbinin tələbələri üçün
“Sualtı layihələr və əməliyyatlar: 30-illik təcrübə” mövzusunda
təqdimat keçirmişdir. Bunu tələbələrə Statoil şirkətinin Sualtı Hasilat Sistemləri bölümünün sualtı texnologiyalar və əməliyyatlar üzrə mühəndisi Şahin İsmayılov ingilis dilində təqdim etmişdir.
Məruzəçi 30 illik neft tarixi olan Statoil şirkətinin yaranma və inkişaf tarixi, şirkətin sualtı hasilat sistemləri, sualtı qurğuların birləşmə konsepsiyaları: fasiləsiz hasilatın təmin olunması sahəsində təcrübə, sualtı qurğuların platformalara və sahilə birləşməsi, sualtı fəaliyyətdə ekoloji monitorinqin təşkili, sualtı neft-qaz hasilatı kompleksi qurğularına nəzarət və onların istismarı və s. məsələlər haqqında tələbələrə ətraflı məlumatlar vermiş və prosesləri və texnologiyaları izah edən slaydları nümayiş etdirmişdir. Təqdimat tələbələr tərəfindən maraqla qarşılanmışdır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 179