Muəllif: Redaksiya
Stadler Bussnang AG Gəncədə sərnişin vaqonları zavodu tikəcək
İsveçrə şirkəti yaxın aylar ərzində Gəncə şəhərində sərnişin vaqonları istehsalı zavodunun tikintisinə başlayacaq.Nəqliyyat naziri Ziya Məmmədov Gəncədə «Azərbaycan Dəmir Yolları» QSC-nın Gəncə stansiyasının açılış mərasimində deyib ki, dövlət başçısının tapşırığı ilə Gəncədə Vaqon Deposunun bazasında yeni müasir sərnişin vaqonları istehsalı zavodunun inşası nəzərdə tutulur.
«Bu istiqamətdə İsveçrənin «Stadler Bussnang AG» şirkəti ilə danışıqlar aparılır. Hazırda layihənin sənədləri hazırlanır. Bir neçə ay sonra layihənin icrasına başlanılacaq», — deyə Ziya Məmmədov bildirib.
Bölüm: İqtisadiyyat
Oxunma sayı: 195