Muəllif:

SSRİ-dən qalma əmanətlərin verilmə prosesi dekabrın 31-də başa çatır

«Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında»  prezident fərmanı ilə fərdi birdəfəlik ödəmələrin verilmə prosesi 2013-cü il dekabrın 31-də başa çatır.

Maliyyə Nazirliyinin məlumatına görə, birdəfəlik ödəmənin alınması üçün «Kapital Bank» ASC-nin  filiallarına müraciət etmiş vətəndaşların əksəriyyəti birdəfəlik ödəmə ilə təmin olunublar. Fərdi birdəfəlik ödəməni almaq üçün müvəkkil banka ərizə ilə müraciət etmiş əmanətçilərin bir qisminə Bank tərəfindən birdəfəlik ödəmə təyin olunmasına baxmayaraq, həmin əmanətçilər Bankın müvafiq filiallarından onlara təyin olunmuş pul vəsaitlərini bu günədək almayıblar.

Fərdi birdəfəlik ödəmələrin verilməsi prosesinin 2013-cü il dekabrın 31-də başa çatacağını nəzərə alaraq, Maliyyə Nazirliyinin nəzdində Fərdi Birdəfəlik Ödəmələrin Verilməsi üzrə Xüsusi Komissiya həmin əmanətçiləri birdəfəlik ödəmənin alınması ilə bağlı qeyd olunan tarixədək «Kapital Bank»ın müvafiq filiallarına müraciət etməyə çağırır.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 133