Muəllif:

Şoyqu 102-ci baza komandirinin sözlərini təkzib edib

Bu həftə Moskvada Azərbaycan və Rusiya müdafiə nazirlərinin görüşü zamanı Ermənistandakı 102-ci Rusiya hərbi bazasının komandiri polkovnik Andrey Ruzinskinin qalmaqallı bəyanatına toxunulub, bu barədə “Azadlıq” radiosu xəbər yayıb.
Azərbaycanın müdafiə naziri Zakir Həsənov 102-ci hərbi bazanın komandirinin “Krasnaya zvezda” qəzetində dərc edilmiş, Azərbaycanın Qarabağı öz yursdiksiyası altına qaytarmağa çalışarsa, 102-ci bazanın münaqişəyə müdaxilə edəcəyi haqqında bəyanatını rusiyalı həmkarı Sergey Şoyqu qarşısında qaldırıb.
S.Şoyqu isə bildirib ki, A.Ruzinskinin sözləri təhrif edilib: “Çox güman ki, bu, jurnalistin səhvi olub”, deyə radiostansiya Şoyqudan sitat gətirir (Turan).

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 183