O soyqırım heç vaxt unudula bilməz
Bakıda 1918-ci il martın 30-da gecə saatlarında başlanan və aprelin 2-dək aramsız davam edən dinc əhali qırğınından 95 il ötür. Sonra bu sistematik qırğınar Azərbaycanın qəzalarına keçirilmişdi. Dinc əhaliyə qarşı yönəlmiş bu qırğınları yürüdən Erməni siyasi çevrələri, Daşnaksütyun Partiyasının nəzarətində olan və həmin əsnada Bakıda yerləşmiş, ermənilərdən təşkil olunmuş nizami hərbi hissələr, Stepan Şaumyanın rəhbərlik etdiyi erməni çevrələri ilə koalisiyada olan rus qüvvələri idi. Bu qırğınlar Türk-Müsəlman əhaliyə qarşı çevrilmişdi. Siyasi və hərbi əsasda təşkilatlanma prosesinə başlamış, öz əzəli torpaqlarında öz müqəddəratını qurmaq əzmində olan bir milləti fiziki baxımdan yox etmək, silib-süpürmək, buraları rus bolşevizminin əli ilə Ermənistana çevirmək xülyasında idilər.
Bəzi rəqəmlərə görə, 1918-ci il martın 30-da gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən qocaların, qadınların və uşaqların öldürülməsi ilə nəticələndi.
O günlərdə erməni-bolşevik dəstələri təkcə Bakıda minlərlə insanı qətlə yetirmədilər, eləcə də müsəlman din ocaqlarını yandırdılar, topa tutdular, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını qəsb etdilər, Türklərin mədəni mərkəzi rolunu oynayan, möhtəşəm memarlıq incisi olan İsmailiyyə binasını yandırdılar.
Martın 31-də erməni-bolşevik hissələri Şamaxı qəzasının 53 kəndində 8027 türkü, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetirdilər. Quba qəzasının 162 kəndində öldürülən günahsız insanların sayı isə 16 mindən artıq idi. Bu qəddar qüvvələr Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda da minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. 1918-ci il iyulun 15-də Azərbaycan Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib.
Bu ölüm-dirim mücadiləsində onlar üstün gələ bilmədilər. Alovlardan gənc Azərbaycan dövləti doğuldu. Bu mücadilə ötən müddətdə bir an da olsun dayanmayıb, indi də davam edir. Bu simasız, xain və qaniçən toplum payını az almayıb — Anadoludan təmizləndilər, Azərbaycandan təmizləndilər, İraqdan təmizləndilər,
Dağıstandan təmizləndilər, Gürcüstanda onların varlıqları köklü ixtisara məruz qaldı. İndi Suriyadan təmizlənirlər. Tarixi Azərbaycan torpaqları üzərində aldanmış, burnundan uzağı görməyən ruslar tərəfindən onlara əta olunmuş «Ermənistan» ərazisindən də xeyli təmizləniblər. Regionun davamlı inkişafı və cabit, sakit gələcəyi üçün onlar bu torpaqlardan dincliklə çıxıb getməlidirlər. Bütün qonşulara o qədər pisliklər ediblər ki… Bu arada qonşu olaraq yaşamaq haqqını çoxdan itirmişlər.
İndi 31 Mart — Azərbaycanlıların Soyqırım Günü kimi qeyd olunur. O soyqırım heç vaxt unudula bilməz. Bu faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar nəşr olunub, filmlər çəkilib.
Bu gün 31 mart — Azərbaycanlıların Soyqırım günü ilə bağlı dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçirilir. O soyqırım heç vaxt unudula bilməz. Heç nə unudula bilməz. Unutmayacaq və nifrətimiz əbədi qalacaq. Əmin olsunlar…