Soyğunçunu 3 ildən 7 ilədək həbs gözləyir
Sabirabad polisi avtomobillərə qənim kəsilən rayon sakinini yaxalamağa müvəffəq olub.
Saxlanılan şəxs müxtəlif vaxtlarda xeyli sayda avtomobildən oğurluq etməkdə təqsirləndirilir.Sabirabad rayonu Heydər Əliyev prospekti, 2 ünvanında yaşayan Məmmədov Etibar Qasım oğlu Sabirabad Polis Şöbəsinə müraciət edərək bildirib ki, naməlum şəxs ona məxsus maşından 60 manat pul və şəxsi əşyalarını oğurlayıb. Polis əməkdaşlarının əməliyyat istintaq tədbirləri nəticəsində məlum olub ki, rayon ərazisində müxtəlif vaxtlarda avtomobillərə qənim kəsilən şəxs Sabirabad sakini Hüseynov Əli Mikayıl oğludur. 11 maşını qarət edən Əli Hüseynov oğurluq etməsinin səbəbini maddi imkansızlığa bağlayır.
Şöbənin məlumatına görə, dırnaqarası qəhrəman Əli Hüseynovu törətdiyi əmələ görə 3 ildən 7 ilədək həbs gözləyir. Hazırda faktla bağlıcinayət işi açılıb.