Muəllif:

Sosialist Partiyası Şarl Aznavuru əsəbiləşdirir

Erməni mənşəli fransız şansonye Şarl Aznavur RTL telekanalındakı verilişdə Fransa prezidenti Fransua Ollandın yürütdüyü siyasətə də toxunub və prezidentdən rica edib ki, «siyasi kursu dəyişdirsin» və «bunu tezcə etsin» deyə «Nouvelles d`Arménie»
nəşrinə istinadən erməni informasiya qaynaqları xəbər yayıblar.

Sosialist Partiyasının kursuna toxunarkən bu şansonye deyib: «Sosialist Partiyası məni əsəbiləşdirir, ona görə ki, hər dəfə ermənilər üçün nəsə bir məsələ olanda onlar bizə qarşı səs verirlər». Aznavur bunu deməklə uğursuzluqla bitən erməni soyqırımını inkara qarşı bəlli qanunu nəzərdə tutub. Bu qanunu Nikolya Sarkozi keçirmək istəyəndə sollar onu bunda suçlamışdılar ki, Sarkozi istisnasız olaraq ceçkiöncəsi mülahizələrdən çıxış edir. Halbuki sosialistlər mətnin lehinə səs vermişdilər və bu qanunun ilk təşəbbüsçüləri də onlar idilər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 134