Muəllif:

Son 20 ildə Rusiya bizə 62 tank satıb

Rusiya dünyanın ən böyük tank ixracatcılarından biri olaraq qalır. Bu ölkə son 20 ildə dünyanın 19 ölkəsinə 2 min tank ixrac edib. Rusiya mediasına istinadən, 2013-2015-ci illər ərzində isə alınmış sifarişlər üzrə daha 200 ədəd tankın ixracı planlaşdırılır.

İxracatın əsas qismi — 1300 tank “Uralvaqonzavod”un, qalan qism isə “Omsk” maşınqayırma müəssisəsinin payına düşüb. Bu müddət ərzində Hindistana 557 ədəd T-90 S, İrana 426 ədəd T-72 S, Əlcəzairə 195 ədəd T-90 SA, Əfqanıstana 52 ədəd T-55 və T-62, Kubaya 51 ədəd T-72, Venesuelaya 92 ədəd T-72 B1V, Bolqarıstana 100 ədəd T-72 A/AK, Ermənistana 64 ədəd T-72, Azərbaycana 62 ədəd T-72 B, Monqolustana 50 ədəd T-72 A, Anqolaya 30 ədəd T-62, Uqandaya 31 ədəd T-90 S, Kiprə 82 ədəd T-80 U tankı satıb.

Bundan başqa, Rusiya Yəmən, Oman, Şimali Koreya və Türkmənistana da döyüş tankları satıb. Hindistanla isə əlavə olaraq 900 ədəd tankın çatdırılmasına dair 3 milyard ABŞ dolları məbləğində müqavilə imzalanıb.
Əlavə edək ki, Körfəz savaşında İraqın bütün T-72 tankları ABŞ-ın termal kameralı M1A1 Abrams tankları tərəfindən məhv edilmişdir. Bəzi açıqlamalara görə,
412 ədəd müxtəlif konfiqurasiyalı T-72 tankı Azərbaycan Silahlı Qüvvələrinin istifadəsindədir. T-72 B tankları T-72 A-nın modern versiyasıdır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 121