Son 2 gündə 2 zəncirvari qəza: 5 ölü, 6 yaralı
Son 2 gündə baş vermiş 2 zəncirvari qəzada 5 adam həyatını itirmiş, 6 adam xəsarət almışdır. Bu gün Sabirabad rayonunda baş verən zəncirvari qəzada 3 avtomobil toqquşub, burada iki nəfər ölüb, dörd nəfər yaralanıb.
Yol polisindən bildirilir ki, hadisə səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə yolunun 40-cı km-də Sabirabad rayonu ərazisində baş verib. Hacıqabul isdiqamətində hərəkətdə olan Mercedes və eyni isdiqamətdə hərəkətdə olan, Sabirabad rayon Yasdıqobu kənd sakini Ağahüseyin Kazımovun idarə etdiyi VAZ- 21011 ilə qarşıdan gələn, Sumqayıt sakini Rafiq Əliyevin idarə etdiyi VAZ-21015 toqquşub. Qəza nəticəsində Ağahüseyn Kazımov və VAZ 21015-dəki sərnişin, 1971-ci il doğumlu Mədət Qəzənfər oğlu Əliyev hadisə yerində keçiniblər. VAZ 21015-in sürücüsü Rafiq Əliyev, sərnişinləri- Afiq Əliyev, Rövşən Əliyev və Fərhad Qurbanov ağır xəsarətlər ilə Sabirabad mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər.
Dünən isə zəncirvari qəza Mingəçevir-Yevlax avtomobil yolunda günortaüstü Yevlax rayonunun Gülövşə kəndi ərazisində qeydə alınmışdı.
Yolda hərəkətdə olan 4 avtomobil — 1937-ci il doğumlu Zülfü Abdullayevin idarə etdiyi VAZ 2107, 1958-ci il doğumlu Tomis Bəşirovun idarə etdiyi VAZ 2103, Məsləhət Həsənovun idarə etdiyi VAZ 2107 və “Azenco” Tikinti Şirkətinə məxsus, Rəcəb Eyvazovun idarə etdiyi KamAZ yük maşını toqquşmuşdu. Hadisə nəticəsində 3 nəfər — Tomis Bəşirov, Zülfü Abdullayev və şəxsiyyəti hələ ki, məlum olmayan bir qadın keçinib, Elbrus Qasımov, İsaq Hüseynov və Məsləhət Həsənov isə müxtəlif dərəcəli xəsarətlər ilə Yevlax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Hər iki faktla bağlı polisdə cinayət işinin açıldığı, araşdırma aparıldığl bildirilir.