Muəllif:

SOCAR mütəxəssisləri İsrail sahillərində neft aşkar ediblər

Aşdod şəhərinin 15 km. qərbində “Yam-3” yatağında neft ehtiyatları 120 mln. barel həcmində dəyərləndirilir. SOCAR Dövlət Şirkətinə məxsus Caspian Driling Company mütəxəssislərinin rəyi belədir. Bu barədə sentyabrın 8-də İsrailin Shemen Oil & Gas Resources şirkəti (layihədə 79,2% paya malik) bildirib. Şirkətin iri səhm paketləri əslən Gürcüstandan olan Avraam Nanikaşviliyə məxsusdur.
İzrus-un məlumatına görə, 5175 m. dərinliyində yerləşən neft yüksək keyfiyyəti ilə seçilir. Qazma davam edir və hazırda quyunun dərinliyi 5700 metrə çatıb.
Caspian Drilling Company “Yam-3”ün qazılma prosesində bəzi geofiziki araşdırmalar aparıb.
Xatırladaq ki, SOCAR mütəxəssisləri birinci il deyil ki, İsraildə Aralıq dənizində perspektiv strukturlarda neft axtarışı ilə məşğul olurlar. Azərbaycan neftçilərinin dəniz yataqlarında neft axtarışı və hasilatı üzrə unikal təcrübəsindən dünyanın bir çox regionunda istifadə olunur (Turan).

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 192