Muəllif:

SOCAR dənizin dibi ilə İsraildən Türkiyəyə qaz kəməri çəkmək istəyir

SOCAR-ın törəmə şirkəti olan Turcas dənizin dibi ilə İsraildən Türkiyəyə magistral qaz kəmərinin çəkilməsini təklif edib. Türkiyəyə təklifi ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və şirkətin Direktorlar Şurasının üzvü Metyu Brayza edib, deyə Vesti Kafkaza məlumat verir.
Layihə 2,5 mlrd. ABŞ dolları həcmində dəyərləndirilir. Uzunluğu Aralıq dənizinin dibi ilə Türkiyənin Mersin limanına qədər 470 km. təşkil edir. Əgər layihə reallaşarsa kəmərlə hər il 16 mlrd. m3 qazın nəqli planlaşdırılır.
İsrail bu məlumatı şərh etmir. Lakin məlumdur ki, digər şirkətlər də Türkiyəyə qaz nəql etməyi nəzərdə tuturlar.
Zorlu şirkəti İsraillə magistral qaz kəmərinin inşasına və təbii qazın alışına dair danışıqlar aparır. İsrailin Aşkelon əyalətində yanacaq-elektrik stansiyasını inşa edən Zorlu şirkəti Leviafan üzrə konsorsiumun iştirakçıları ilə danışıqlar aparır. İsraildə iki mühüm qaz yatağı var: 2009-cu ildə açılmış Tamar və Leviafan (2010). Onların ehtiyatları 453 mlrd. m3 həcmndə dəyərləndirilir və ölkənin minimum 25 il ehtiyaclarını ödəmək üçün kifayətdir.
2013-cü ilin iyununda İsrail hökuməti həmin yataqlardan ixracı 40%-dək məhdudlaşdırıb.
Tamar yatağının operatoru Noble Energy-dir (36% paya malikdir). Leviafan yatağının operatoru Amerikanın Noble Energy şirkətidir (39,66% pay). Delek Energy – Delek Drilling və Avner Oil şirkətlərinin törəmə şirkətləri layihədə 22,67% paya malikdir, daha 15% isə İsrailin Ratio Oil Exploration şirkətinə məxsusdur.
Bundan əvvəl Türkiyənin energetika naziri T.Yıldız İsrailə və yunan Kiprinə hər iki ölkənin qaz kəmərlərinin birləşdirilməsini təklif edib. İsrail də kənarda qalmayaraq Türkiyəyə onun ərazisi ilə magistral qaz kəmərinin çəkilişini təklif edib. Magistral qaz kəmərinin gücü ildə
15-16 mlrd. m3/ qaz olacaq. İsrail kəmərin çəkilməsinə hər iki ölkənin qeyri-dövlət sektorunun cəlb olunmasını təklif edib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 160