Muəllif:

Snayper hazırlığı kursları çox gec də olsa bərpa edilir

Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC snayper kurslarını çox gec də olsa bərpa edir.
Bu barədə APA-ya SHÇDX-dən məlumat verilib. Avqustun 13-dən “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialında snayper hazırlığı kurslarına sənəd qəbuluna başlanıb. Kurslarda yeniyetmələrlə yanaşı hərbi xidmət keçmiş şəxslər də iştirak edə bilərlər.

Cəmiyyət eyni zamanda Balakən rayon 1 nömrəli filialında həvəskar paraşütçülərin hazırlığı üzrə kursa sənəd qəbulu elan edib.

Xatırladaq ki, snayper hazırlığı kursları 2011-ci ildə, keçmiş Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti tərəfindən başlanıb. Cəmiyyət 2012-ci ilin iyun ayında SHÇDX-nin tərkibinə keçdikdən sonra kurslar anlaşılmayan səbəblər üzündən dayandırılıb. Torpaqlarının 20 faizi 20 ildən bəri işğal altında olan bir ölkədə bu vacib işə niyə bu qədər barmaqarası baxıldığını anlamaq zor işdir. Özü də gənclərin bu vacib peşəni mənimsəməyə həvəsi varkən…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 384