Muəllif:

Şirvanda silahlı insident: 1 ölü, 3 yaralı

Hadisə Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində baş verib. Qonşular arasında silahlı insidentdə dörd nəfər güllə yarası alıb. Onlardan biri, 24-25 yaşlarında olan Aşurov Zaur Əliyusif oğlu hadisə yerində keçinib. Yaralı 3 nəfər isə Şırvan şəhər mərkəzi xəstəxanaya yerləşdirilib. Yaralılar insident zamanı keçinmiş — Zaur Aşurovun qardaşı Davud (1982), 1970-ci il doğumlu Nağdəliyev Yavər Səyyar oğlu və 1984-cü il doğumlu Abdullayev Rəşad Eldar oğludur. Polis qətl törədənin tapılması üçün əməliyyata başlayıb (APA).

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 174