Muəllif:

Sirus Təbrizli gecə yatıb, səhər yuxudan ayılmayıb

Bu gün xalq hərəkatının iştirakçılarından, sonralar YAP-ın yaradıcılarından olmuç Sirus Təbrizli vəfat edib. O gecə yatıb, səhər yuxudan ayılmayıb. Sirus Xudadat oğlu Təbrizli 9 may 1942-ci ildə Təbriz şəhərində doğulub. Sonra ailəliklə Quzey Azərbaycana gəliblər (atası siyasi mahacir olub). Sirus Təbrizli Azərbaycan Dövlət Universiteti jurnalistika fakültəsini bitirib. O, Yeni Azərbaycan Partiyasının təsisçilərindən və sədr müavini olub. Bir neçə çağırış Milli Məclisin deputatı seçilib.

2007-ci ildə isə partiya sıralarından xaric edilib. Onunla partiya rəhbərliyi arasında müəyyən fikir ayrılıqları, ziddiyyətlər olub.
Lakin buna baxmayaraq Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi bu gün vəfat edən keçmiş YAP-çı, partiyanın təsisçisi və keçmiş sədr müavini Sirus Təbrizlinin dəfn və yas mərasimlərində iştirak edəcək.
Bu barədə APA-ya açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.
S. Novruzov qeyd edib ki, son vaxtlar S. Təbrizlinin siyasi mövqeyində baş verən dəyişikliklərin və onunla bağlı yaranmış incikliyin belə məsələlərə aidiyyəti yoxdur: “Bu, adət-ənənə, mənəvi məsələdir. Partiya rəhbərliyi yas mərasimində iştirak edəcək. Allah rəhmət eləsin”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 321