Muəllif:

Şirkətə 65 min manatdan çox ziyan vuranlara cinayət işi açıldı

«Kazbeqi Azərbaycan» MMC-yə məxsus əmlakın mənimsənilməsi faktı üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində CM 179.2.3 (mənimsəmə, külli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidməti bildirir ki, MMC-də 2012-ci ilin yanvar-iyun aylarında sürücü-ekspeditor vəzifəsində işləmiş Tural Əfəndiyev və başqaları onlara etibar edilmiş malların satışından əldə olunmuş pul vəsaitinin bir hissəsini müəssisənin kassasına mədaxil etməyərək mənimsəyib, bununla da cəmiyyətə ümumilikdə 66 min 600 manat məbləğində ziyan vurublar.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 162