Muəllif:

Sima Qasımova Pətək Dinçözlə bir səhnədə

Dekabrın 31-də Pətək Dinçöz “Qafqaz Sport Hotel”də bayram  proqramı ilə çıxış edəcək. Gecədə onunla birlikdə səhnəni Gokhan Erolun paylaşacağı gözlənilsə də, kişi sənətçini yerli sənətçilərimizdən biri əvəz edib. Həmin gün Pətək Dinçözdən öncə səhnəyə Sima Qasımova çıxacaq. Sima iki saata yaxın zaman ərzində öz ansamblı ilə maraqlı çıxış nümayiş etdirəcək.  Nahid Emiloğlunun təşkilatçılığı ilə baş tutacaq gecədə azərbaycanlı və türkiyəli sənətçinin birgə dueti də nəzərdə tutulub. Səhnəyə çıxmadan öncə isə hər iki ifaçı görüşüb, bir-birini yaxından tanıyacaqlar.

Sima Qasımova gecəyə özəl geyimlərlə qatılacağını açıqlayıb. O, bildirib ki, geyimləri ilə Pətək xanımdan seçilməməyə çalışacaq: “Çalışacam Pətək Dinçöz qədər gözəl görünüm”.

Repertuarına həm Azərbaycan, həm də türk mahnıları daxil edən Sima Qasımova adının sonradan proqrama daxil edilməsindən danışdı:

“Afişalarda Gokhan Erolun adı əlavə olunmuşdu. Lakin sonradan onun konsertdə çıxış etməyəcəyi bəlli olub”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 541