Şeyxülislam Krans Montana Fondunun medalı ilə təltif edilir
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 16-da Belçikaya səfərə gedib.
Səfərdən məqsəd Krans Montana Forumunun Brüsseldə keçirilən XV illik sessiyasına dəvət əsasında həyata keçirilir.
Oktyabrın 16-da açılışı olacaq Forumun oktyabrın 19-na kimi davam edəcəyi gözlənilir. Sessiya müxtəlif mövzulara həsr olunmuş plenar iclaslar şəklində təşkil olunub. Plenar iclasların nüzakirəsinə çıxarılan mövzular arasında YUNESKO və İSESKO ilə əlaqəli «Daha humanist dünya: stabilliyin və inkişafın yolu» problemi yer alıb.
Burada «Dinlərin sülh və strukturlaşdırma sahəsində rolunun inkişafı» məsələsi ətrafında məruzələr dinlənilməsi gözlənilidr.
Oktyabrın 19-da Krans Montana Fondunun 2013-cü il mükafat və medallarının təqdim edilməsi mərasimi nəzərdə tutulur.
Oktyabrın 19-da təltifetmə mərasimində qurumun təsisçisi Jan Pol Karteronun Krans Montana Forumunun medalını QMİ sədrinə təqdim edəcək.