Muəllif:

Şəxsi mühafizəni gücləndirək, Konstitusiyaya dəyişikliyinə razılıq ver

Bu gün Bakiya rəsmi səfərə gələn Mixail Saakaşvili öz ölkəsində Xüsusi Dövlət Mühafizə Xidmətindən tam imtina edib. APA-nın “Qruziya Onlayn”a istinadən verdiyi xəbərə görə, bu barədə bu Tbilisidə keçirilən brifinqdə prezidentin mətbuat katibi Manana Mancqaladze bildirib. Onun sözlərinə görə, hökumət prezidentə onun şəxsi mühafizəsini gücləndirməyi təklif edib, bunu müqabilində isə ona Konstitusiyaya dəyişikliyinə razılıq verməsi təklifi irəli sürülüb. Mancqaladze qeyd edib ki, prezident özünü Konstitusiyadan yüksək qoymur.

Gürcüstan prezidentinin mətbuat katibi qeyd edib ki, bu gün səhərdən Xüsusi Dövlət Mühafizə Xidməti prezidentin mühafizəsi üzrə səlahiyyətlərini artıq dayandırıb, lakin bu addım ölkənin birinci şəxsinə əhali ilə görüşlərinə maneçilik törətməyəcək. Manana Mancqaladze qeyd edib ki, prezident Xüsusi Dövlət Mühafizə Xidmətinin uzun illər səlahiyyətlərini vicdanla yerinə yetirən əməkdaşlarına minnətdarlığını bildirib.

Bundan əvvəl bildirilmişdi ki, bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi vəzifəsinə baş nazir Bidzina İvanişvilinin mühafizə xidmətinin rəhbəri Anzor Çubinidze təyin olunub. O bu vəzifədə Teymuraz Canaşianı əvəz edib. Müvafiq qərarı bu gün baş nazir Bidzina İvanişvili imzalayıb. Xüsusi Dövlət Mühafizə Xidmətinə rəhbərlik funksiyası bu ilin fevral ayından Mixail Saakaşvilidən Bidzina İvanişviliyə keçib. Bu düzəlişi parlament prezidentin səlahiyyətlərinin məhdudlaşdırılması çərçivəsində qəbul edib. Prezidentin ümumi mühafizəsini hazırda yalnız onun şəxsi mühafizəçiləri həyata keçirir.

Bu düşündürücü situasiyada prezident özünün konstitusiya hüququndan istifadə edərək hökuməti və parlamenti buraxa bilər. Bu barədə parlamentin azlıq deputatlarından Nuqzar Tsiklauri bildirib. Onun sözlərinə görə, prezident öz hüququndan o zaman istifadə edə bilər ki, Gürcüstan xarici siyasət kursunu dəyişsin və yeni hakimiyyət hər hansı post-sovet birliyinə daxil olmaq barədə qərar qəbul etsin.

“Prezident hökumət və parlamentin buraxılması barədə konstitusiya imkanından və ixtiyarından istifadə etməmək barədə bəyanat verib. Bu, heç vaxt baş verməyəcək. Lakin ölkədə siyasi yaşam sülh ilə davam edərsə və ölkənin strateji xarici siyasət kursu dəyişməzsə, amma bir neçə aydan sonra Bidzina İvanişvili hökuməti Gürcüstanı Rusiyanın bir hissəsinə çevirərsə, MDB və Avrasiya Birliyinə və yaxud Rusiyanın dominat rol oynadığı digər post-sovet birliyinə daxil olmaq qərarı qəbul edərsə, bu zaman prezidentin baxışlarını proqnozlaşdırmaq mümkündür. Bu, ölkənin maraqlarına tam fərqli halda birbaşa xəyanət hesab olunur. Lakin siyasi məqsədlərə və yaxud siyasi dividentlərə çatmaq üçün bizim siyasi gücümüz belə bir hərəkət planlaşdırmır və prezident bu barədə bir neçə dəfə açıq və aydın şəkildə bildirib”, deyə Tsiklauri qeyd edib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 162