Muəllif:

Şevçenko Bryullovo olaylarında erməni izindən danışır

Qərbi Biryulevoda qafqazlılara qarşı hücumları ermənilər təşkil edib. Bu şok bəyanatla ORT kanalının aparıcısı, məşhur telejurnalist Maksim Şevçenko çıxış edib. “Exo Moskvı” radiosunda yayımlanan “Osoboe mneniye” proqramının qonağı olan Maksim Şevçenko bununla bağlı təsdiqlənmiş faktlara malik olduğunu bəyan edib.

SİTAT – Bu barədə mənə aksiyanı təşkil edən “Ruslar” hərəkatının lideri Dmitri Demuşkin dedi. Doğru olub-olmadığını onun özündən soruşa bilərsiniz. O və rus millətçilərinin liderlərindən Belov dedilər ki, Yeqor Şerbakovun qətlindən sonar yalnız aksiya keçirmək istəyiblər, bazarlara və ticarət mərkəzlərinə basqın etmək fikirləri olmayıb. Və qəflətən bəzi şəxslər peyda olub və aksiya iştirakçılarını qafqazlılara hücum etməyə təhrik ediblər” SİTATIN SONU.

Aparıcı Olqa Juravlyovanın suallarını cavablandıran Maksim Şevçenko bildirib ki, qəfildə aksiya iştirakçılarının içərisində futbol klublarının azarkeşləri peyda olub. SİTAT – bütün azarkeşə klubları Daxili İşlər Nazirliyi, xüsusi xidmət orqanları ilə əlbir işləyir. Bunun əksini iddia edənlər deməli bu işdən zərrə qədər anlamırlar. Hər şey xüsusi xidmət orqanlarının nəzarəti altında olur. Xüsusilə Daxili İşlər Nazirliyinin. Həmin azarkeşlər kütlənin işərisində qaçmağa, qışqırmağa, söyüş söyməyə başlayıblar. Və təxribatçılar peyda olub. Demuşkin mənə dedi ki, həmin şəxslərdən birini tanıyıblar. Milliyyətcə ermənidir. Daxili işlər naziri Kolokolçev başına maska keçirərək Manejdə keçirilən aksiyaya gəlmişdi, həmin erməni o zaman nazirin yanında idi. Soyadını xatırlamıram, amma erməni olduğu dəqiqdir”.

Maksim Şevçenko aksiya iştirkaçılarını qafqazlıların çalışdığı bazarları talan etməyə yönəldən digər şəxsin də müəyyənləşdiyini deyib. Həmin şəxsin bir zamanlar istintaqda rus millətçilərinin əleyhinə ifadə verdiyi bildirilir.

SİTAT — “Həmin şəxs hamıdan bərk bağırırdı – Qaraları döyün, bazanı talan edin! O Daxili İşlər Nazirliyinin ştatlı xəbərçisidir”.

Maksim Şevçenko əldə etdiyi materiallara əsaslanaraq Biryulevo hadisələrinin, Orxan Zeynalovla bağlı məsələnin əvvəlcədən, güc strukturları tərəfindən planlaşdırıldığını iddia edib.

Hazırladı: APA.TV

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 144