Muəllif: Redaksiya
Sərxoş adam Qazaxda «Uğur-Petrol»a silahlı basqın edib
Silahla yanacaqdoldurma məntəqəsinə hücum edən maskalı quldur yaxalanıb.
DİN mətbuat xidmətinə istinadən, bu gecə saat 02:00 radələrində Qazax rayonunun 1-ci Şıxlı kəndi ərazisindəki «Uğur-Petrol» yanacaqdoldurma məntəqəsinə maskalı naməlum şəxs tərəfindən hücum olub.
Naməlum şəxs orada operator işləyən Akif Hüseynovu ov tüfəngi ilə hədələyərək yerə uzanmasını tələb edib. Hüseynov maskanı onun başından çıxartdığından quldur hadisə yerindən qaçıb.
Qazax rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni sərxoş halda törətmiş 1-ci Şıxlı kəndi sakini Oruc Mahmudov tutulub.
Bölüm: Xəbərlər
Oxunma sayı: 197