Muəllif:

Sərsəng su anbarı dağılmaqdadır: əhali qorxu içində

Azərbaycan vətəndaşları nədənsə öz hökumətlərini deyil, AB-ni Sərsəng su anbarı ilə bağlı tədbir görməyə çağırır. Azərbaycan Avropa Parlamentinə işğal edilmiş Dağlıq Qarabağ ərazisində yerləşən və dağılmaqda olan su bəndini əsaslı təmir etməyi Ermənistandan tələb etməsi (?) üçün çağırış edib. Bu barədə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, Şamaxıdan millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan heyətinin rəhbəri Elxan Süleymanovun qərargahından verilən məlumatda deyilir.
Bildirilir ki, çağırış su anbarı ətrafında yaşayan sakinlər tərəfindən dəstəklənib, sakinlər öz qorxularını ifadə edir və ümid edirlər ki, Avropanın müdaxiləsi Ermənistanı 125 metr hündürlüklü su bəndinin yaratdığı təhlükəni müəyyənləşdirmək məqsədilə bəndin ətraflı texniki yoxlanışını aparmağa sövq edə bilər.
Sakinlərin məyusluğunu artıran fakt odur ki, Ermənistan 20 ildən bəri onların irriqasiya məqsədilə tikilmiş su bəndindən istifadə etmələrinə imkan vermir (Azərbaycan isə obyekt üzərində nəzarətini bərpa etmək üçün addım atmır).
Sərsəng bəndi 12 kilometr uzunluğu olan gölün üzərində tikilib. Bədbəxt hadisə baş verərsə, hidroloqlar 30 kəndin su altında qalacağını müəyyən ediblər.
Belə olan halda, bəlkə Azərbaycan bu strateji obyekt üzərində nəzarətini bərpa etsin?

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 1117