Muəllif: Redaksiya
“Şeron” qrupu “Susma!” klipindən yaxasını kənara çəkdi
“Şeron” ansamblının üzvləri bu gün mətbuat konfransı keçirərək, keçmiş deputat, bəstəkar Hüseyn Abdullayevin İnternetdə yaydığı “Susma!” klipi ilə heç bir əlaqəsi olmadığını bildirib. Xatırladaq ki, “Susma!” mahnısı Bakıda polisin etiraz aksiyalarını amansızca dağıtması haqqında videolarla müşaiyət olunur.
Qrupun üzvü Məlikməmməd Hacıyev qeyd edib ki, “Şeron” mahnını ifa etsə də, videolarla heç bir əlaqəsi yoxdur. Qrup üzvləri həmçinin bu klipə görə polisə çağrıldıqları və toylarda ansamblın çıxışlarının qadağan edilməsi haqqında məlumatları təkzib ediblər
Bölüm: Mədəniyyət
Oxunma sayı: 252