Serj Sarqsyan əhalinin ölkədən qaçmasının səbəblərini tapdı
Serj Sarqsyan əhalinin ölkədən qaçmasının səbəblərini tapdı. Yaxşı iş və şərait axtarışı… Bunu qarabağlı Ermənistan prezidenti indilikdə dilinə gətirir, amma bunu Ermənistanda və dünyada bilməyən yox idi. Sarqsyan deyir:
“Ermənilərin daha yaxşı iş və şərait axtarışı ilə xaricə üz tutması cəmiyyətdə ağrı ilə qarşılanır. Bunun əsas səbəblərindən biri Ermənistandakı sosial-iqtisadi vəziyyətdir”. Bəs belə!
Ermənistan prezidenti hamının bildiyi bu «sirri» “Luys” Fondunun təqaüdçüləri ilə görüşündə deyib. O həm də Fondun həmtəsisçisidir. Fondun digər həmtəsisçisi isə baş nazir Tiqran Sarkisyandır bə bu fondun dəstəyi ilə gənclər xarici ölkələrdə təhsil alırlar.
Sarqsyan xaricdə təhsil alan tələbələrin vətənə qayıdıb ölkənin inkişafına tövhə verməsinin əhəmiyyətindən danışarkən, əhalinin ölkədən kütləvi şəkildə tərk etməsi və cəmiyyətin ağır sosial-iqtisadi vəziyyətdə olması faktını etiraf edib. O qeyd edib ki, ermənilər yaxşı iş və şərait axtarışı ilə xaricə üz tuturlar, bu isə Ermənistan cəmiyyətində ağrı ilə qarşılanır.
Daha sonra Sarqsyan təsəlliyə keçib: “İstərdim siz əmin olasınız ki, bu çox çəkməz”.