Muəllif:

Serj Sarqsyan: «Biz o qədər az qalmışıq ki, …»

Gedən getdi, bir də haçan qayıdar? Qayıtmaq o qədərmi asandır? Zorla qaytarmaq da onun kimi. Yaxşı yaşamaq istəyini kimə qadağan edə bilərsən ki?

Ermənistan prezidentliyinə namizədi, indiki dövlət başçısı Serj Sarqsyan Lori vilayətindəki (tarixi Dağlıq Qazax) Allahverdi şəhərində seçicilərlə görüşündə KÖÇ məsələsinə də toxunaraq deyib ki, yaxın illər ərzində həll olunmalı əsas vəzifə — repatriasiyadır.
«Biz o qədər az qalmışıq ki, daha yeri yoxdur. Lakin bu, təkcə dövlətin deyil, həm də hər birimizin problemidir. Biz müvafiq atmosfer yaratmalıyıq», — deyə prezident qeyd edib.
Lakin bir parça çörək dalınca ölkəni tərk edən, özü də tam haqlı olaraq həmişəlik tərk edən sadə erməniləri nə yolla geri qaytaracağını , “müvafiq atmosferi” necə yaradacağını deməyib. Bu adam indiyədək Ermənistandan KÖÇ məsələsinin dəhşətli şəkil aldığını boynuna almaq istəmirdi.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 165