Muəllif:

Serj Sarqsyan: «Azərbaycan Qarabağın sahibi deyil»

Azərbaycan hədə-qorxu gəlməklə Qarabağın sahibi olduğunu göstərmək istəyir. Lakin onlar Qarabağın sahibi olmadıqlarından, hava limanı istismara veriləcək. Problem yalnız texniki məsələlərlə bağlıdır. Təyyarə tezliklə uçacaq.  Bu sözləri   Ermənistan prezidenti, hazırda prezidentliyə namizəd olan Serj Sarqsyan deyib. O, İrəvan-Xankəndi aviareysinin ilk sərnişinlərindən biri olmağa hazır olduğunu bir daha bəyan edib.

APA-nın “Armenia today” saytına istinadən verdiyi məlumata görə, Sarqsyan paytaxtın Açapnyak rayonunda seçicilərlə görüşündə Dağlıq Qarabağda hava limanının mütləq istismara veriləcəyini bildirib: “Buna heç bir şübhə yoxdur. Təyyarələrin hərbi yük aparacağı haqda arqumentlər nağıldır, çünki bunun üçün çoxlu başqa imkanlar var”.

 Böyük Britaniya Lordlar Palatasının üzvü Lord Leyard Ermənistanın Xocalı aeroportunun yenidən açılması haqqında planlarına dair Avropa Azərbaycan Cəmiyyətinin sualına münasibət bildirərkən deyib ki,. “Xocalıda aeroportun açılmasına dair istənilən təklif hal-hazırkı sülh danışıqlarına mənfi təsir göstərə biləcək təxribat hərəkəti hesab olunur. Beynəlxalq Mülki Aviasiya Təşkilatı heç vaxt oradakı reyslər qrafikinə rəsmi şəkildə icazə verə bilməz və Xocalıdakı aeroport təmas xəttinə çox yaxın olduğu üçün bu aeroportdan istifadə edən istənilən sərnişin üçün açıq-aşkar təhlükə mənbəyidir. Şimali İrlandiya təcrübəsindən yaxşı başa düşürük ki, simvolik hərəkətlər zorakılıqlara gətirib çıxara bilər və biz hər iki tərəfin istənilən təxribat xarakterli hərəkətlərdən uzaq durmasını inadla tələb edirik”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 149