Muəllif: Redaksiya
Sərhədçi əsgər niyə intihar etdi?
Dövlət Sərhəd Xidməti (DSX) Göytəpə şəhərində yerləşən hərbi hissənin əsgərinin intiharı ilə bağlı məlumat yayıb. 1994-cü il doğumlu keçən ilin aprelində Goranboydan müddətli həqiqi hərbi xidmətə çağırılmış Məmmədov Nofəl Nofəl oğlu naməlum səbəbdən özünü asaraq intihar edib.
Faktla bağlı Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidmətinin rəhbər nümayən¬dələri tərəfindən hadisə yerində araşdırma aparılır. CM 125-ci maddəsi ilə cinayət işi başlanıb. Baş vermiş hadisənin təfərrüatları barədə əlavə məlumat veriləcək.
Bölüm: Xəbərlər
Oxunma sayı: 255

