Muəllif:

Serhan Aktoprak: Rusiyadan miqrantların kütləvi dönüşü Azərbaycana problem yaratmaz

Azərbaycanın Miqrasiya Məcəlləsinin təkmilləşdirilməsinə ehtiyac var. Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktoprak bildirib ki, Miqrasiya Məcəlləsinin qəbulu miqrasiya sahəsindəki proseslərin tənzimlənməsi yönündə böyük addımdır, anaq zaman keçdikcə təkmilləşdirilməlidir. O, miqrasiyanın tənzimlənməyə ehtiyacı olan bir proses olduğunu söyləyir (APA).

Miqrasiyanın ölkədaxili və ölkələr arasında baş verən proses olduğunu deyən Serhan Aktoprak bildirib ki, hər iki halda miqrasiya prosesinin tənzimlənməsini bir dövlət təklikdə həyata keçirə bilməz, digər dövlətlərin,  BMT-nin və müvafiq qurumların birgə fəaliyyəti zəruridir. Serhan Aktoprak müstəqilliyinin ilk illərində miqrantlarla bağlı Azərbaycanın mənşə ölkə olduğunu, ancaq artıq bu durumun dəyişdiyini, Azərbaycanın gücləndiyini vurğulayıb. O, öncəki illərdə Rusiyaya gedən Azərbaycan vətəndaşlarının kütləvi ölkəyə geri dönəcəyi halda Azərbaycanın ciddi problemlə üzləşməyəcəyini də söyləyib. Serhan Aktoprak Azərbaycanın nəqliyyat infrastrukturu inkişaf etdikcə ölkənin miqrasiya prosesində tranzit rolunun da artacağını qeyd edib.

Onun özlərinə görə, digər ölkələrin vətəndaşlarının da Azərbaycana miqrant qismində gəlməsi halları artır və bu sahədə Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu sahədə birgə fəaliyyəti vacibdir: “Çünki miqrasiya prosesi zamanı insan alveri, insan qaçaqmalçılığı kimi problemlər ortaya çıxır. Bu sahədə müvafiq dövlət qurumlarının, digər dövlətlərin, Beynəlxalq Miqrasiya Təşkilatının birgə fəaliyyəti belə problemlərin aradan qaldırılmasında əsas rol oynayır”.

Serhan Aktoprak, bu gün Bakıda 18 Dekabr  Beynəlxalq Miqrant Günü ilə bağlı keçirilən tədbirin də mühüm əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb: “Bu tədbirdə birgə fəaliyyət diqqət mərkəzində olacaq. Xatırladım ki, 2012-ci ilin noyabrınla Beynəlxalq Miqrasiya Təşkilatının 102-ci sessiyasında miqrasiya ilə bağlı fövqəladə hallarda fəaliyyətlə bağlı sənəd qəbul edilib. Bu tədbirdə Beynəlxalq Miqrasiya Təşkilatının  Cenevrədəki Baş Qərargahından  Əməliyyatlar və Fövqəladə Hallar Departamentinin idarə rəisi Peter Van Der Auveraert miqrantların mənşə və təyinat ölkələri, birgə fəaliyyətlə bağlı məsələlərlə bağlı çıxış edəcək”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 229