Muəllif:

Sergey Kurginyan:Laçının ələ keçirilməsində Rusiyanın dəstəyi olmadımı?!

Erməni əsilli rusiyalı tarixçi Sergey Kurginyan İrəvanda erməni tarixçilırini və siyasətçilərini, ümumilikdə İrəvanın təbliğat maşınını pis vəziyyətdə qoyan bir açıqlama ilə çıxış edib və birmənalı şəkildə deyib ki, «Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsində Rusiyanın dəstəyi olub». Halbuki, erməni tərəf Qarabağ üzərində nəzarətin ələ keçirilməsini lovğalıqla öz hərbi qüdrətinin ayağına yazırdı.

İrəvanda Ermənistan Siyasət Alimləri Dərnəyində çıxış edən tarixçi Sergey Kurginyan Rusiya və Ermənistan münasibətlərinin güvən və ya qarşılıqlı mənfəət yanaşmaları təməlində icra edilməsinin vacib olduğunu söyləyib: «Qarşılıqlı mənfəət məntiqinə döndüyünüz anda güvəni unudun. Kapitalizmin qorxunc üzü də məhz budur. Sizi ruslardan daha çox bir şey qoparmaq maraqlandıranda tez başlayırsınız təbii qazdan danışmağa. Amma Rusiyanı da eyni şey maraqlandırır. Buna görə də Ermənistanla Rusiya arasındakı dialoq tıxanır».

«Bir vaxtlar Ermənistanın da Rusiya ilə təbii qaz və silah xaricində müzakirələr aparmağa mövzusu olub, lakin o vaxtlar artıq geridə qalıb. Təkrar həmin vaxtlara dönsək, Rusiya artıq Ermənistanı özünün bir parçası kimi görməyə başlayacaq” — deyə tarixçi vurğulayıb.

«Rusiyanın Qarabağa dəstək məsələsinə gəlincə isə,bu haqda hamımızda yetərincə məlumat var. Qarabağın ələ keçirilməsində Rusiyanın dəstəyinin olmadığını söyləməyin mənası yoxdur. Niyə belə deyirik ki? Laçının ələ keçirilməsində Rusiyanın dəstəyi olmadımı?! Çox şeyi demək istəmirəm. Amma hər kəsə hər şey məlumdur», — deyə S.Kurginyan xatırladıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 135