Muəllif: Redaksiya
Separatçıların stendi sərgidən yığışdırılıb
İtaliyanın Milan şəhərində hər il keçirilən “Milano Tourism Expo” adlı sərgidə separatçı Dağlıq Qarabağ rejiminin stendi yığışdırılıb. Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin APA-ya verdiyi məlumata görə, separatçılar öz saxta rejimlərini sərgidə ayrıca stenddə təqdim etməyə cəhd göstəriblər, lakin Azərbaycanın İtaliyadakı səfirliyinin səyi ilə stend yığışdırılıb.
Bölüm: İqtisadiyyat
Oxunma sayı: 124