Muəllif:

SEPAH və PEJAK arasında toqquşma: 10 ölü

PKK terror təşkilatının İran qolu sayılan PEJAK rəsmi Tehranla 23 aydır davam edən atəşkəs rejiminin pozulduğunu bildirib. Təşkilat ötən həftənin sonunda tərəflər arasında silahlı qarşıdurmanın baş verdiyini, nəticədə 10 nəfərin öldüyünü açıqlayıb. Bunlardan 7 nəfəri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH), 3 nəfəri isə PEJAK-ın üzvü olub.

Qarşıdurma Türkiyə ilə İraq sərhədi boyunca uzanan “Rojhilat” bölgəsində baş verib. İran mətbuatı hadisə ilə bağlı heç bir xəbər dərc etməsə də, PKK və PEJAK-a bağlı mətbu orqanlar bununla bağlı məlumat yayıblar.

İranla PEJAK arasında 2011-ci ilin sentyabrında atəşkəs rejiminin elan edilməsi barədə qarşılıqlı razılaşma əldə olunub. Hətta SEPAH-ın Quru Qoşunlarının komandanının müavini , general Abdullah İraqi PEJAK-ın İranın bütün şərtlərini qəbul edərək təslim olduğunu və Casusan təpələrindən geri çəkildiyini bildirmişdi. PKK yetkilisi Əhməd Dəniz də SEPAH hərbçilərinin Casusan təpələrinə yerləşməsinin ardından PEJAK-ın atəşkəs rejimi ilə razılaşdığını demişdi.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 122