Muəllif: Redaksiya
«Sepah» generalı öldürüldü
İslam İnqilabı Keşikçiləri Korpusunun («Sepah») ictimaiyyətlə əlaqələr üzrə rəsmi nümayəndəsi Ramazan Şərif general Həsən Şaterinin «sionist rejimin muzdluları» tərəfindən öldürüldüyünü təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı «Fars» agentliyi xəbər yayıb.
Şərifin sözlərinə görə, həlak olan general Livanda İİKK mənzil-qərargahının yenidən qurulması işlərinə rəhbərlik edirdi.
General Həsən Şateri çərşənbə axşamı Suriyadan Livana gedərkən yolda öldürülüb.
«Sepah» generalının öldürülməsində İsrailin xüsusi xidmət orqanları müqəssir bilinir.
Bölüm: Dünya
Oxunma sayı: 96