Muəllif: Redaksiya
Polis Şəmkirdə saxta ali təhsil diplomları aşkar edib
Belə görünür, ölkənin saxta diplom problemi bütün kəskinliyi ilə qalmaqdadır. Son olaraq Şəmkirdə bir qrup vətəndaşdan saxta ali təhsil diplomlar götürülməsi bundan xəbər verir.
DİN rəsmi saytı xəbər verir ki, Şəmkir Polis Şöbəsinin əməliyyat tədbirləri nəticəsində Tatarlı kənd sakini Şəhla Hüseynovadan, Dəllər-Cırdaxan kənd sakinləri Hürü Məmmədovadan, Sürəyya Nəcəfovadan, Seyidlər kənd sakini İltizam Uğuzovdan Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu, Tatarlı kənd sakini Rəfiqə Quliyevadan isə Azərbaycan Texnologiya İnstitutunu bitirmələri barədə saxta diplomlar götürülüb. Faktla əlaqədar cinayət işinin başlandığı bildirilir.
Bölüm: Kriminal
Oxunma sayı: 267