Muəllif:

Şəmkirdə quldur qardaşların maskası cırılıb

Şəmkir sakinləri Zaur və Dəmir Bayramov qardaşları, eləcə də onların yaxın qohumu Elməddin Məmmədov maskalı şəkildə soyuq silah götürərək qonşuları Qəzənfər Tozan oğlu Qasımov və onun həyat yoldaşı Validə Həsən qızı Həsənovanın yaşadığı evə basqın edib, həmin şəxsləri hədələyərək mənzildən 6 min manat pul və 800 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirməklə quldurluq ediblər.
Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hər 3 şəxs saxlanılıb. Bundan başqa, istintaq zamanı o da müəyyən edilib ki, həmin şəxslər 5 gün əvvəl əlbir olub qrup yaradaraq Qəzənfər Qasımovun evinə oğurluq məqsədilə giriblər. Bu vaxt onlar pul və zinət əşyalarını tapmamış, lakin mənzili «əliboş» tərk etməmək üçün də çoxlu miqdarda geyim əşyaları oğurlamışdılar.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 300