Muəllif: Redaksiya
Şəmkirdə «Maqa» ləqəbli «reket» tutulub
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlara hədə-qorxu gələrək onlardan pul tələb edən «Maqa» ləqəbli Məhəmməd İsmayılov saxlanılıb. Trend-in Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, polis onu rayon sakini Ramin Cəlilovun şikayəti əsasında saxlayıb. Belə ki, M.İsmayılov bu ilin iyun ayından noyabr ayınadək müxtəlif vaxtlarda R.Cəlilova hədə-qorxu ilə gələrək ondan 2000 manatdan artıq pul almaqda ittiham edilir.
Sonuncu belə cəhddə R.Cəlilov polisə müraciət edib. Nəticədə «reket» saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Bölüm: Kriminal
Oxunma sayı: 217