Muəllif:

Səlcuq Dövlətinin tarixinə dair sənədli film çəkilib

Prezident Abdullah Gülün dəstəyi ilə gerçəkləşən “Böyük Səlcuq mirası” layihəsi çərçivəsində Səlcuq dövlətinin tarixinə həsr olunmuş sənədli filmin təqdimatı olub.
Türkiyə mediasına istinadən, 180 dəqiqəlik filmin ərsəyə gəlməsi üçün 12 ölkədə və Naxçıvanda video çəkilişlər aparılıb. Layihənin rəhbəri İbrahim Savaş bildirib ki, çəkilişlər ölkələrin tarixi ərazilərində və muzeylərində olub: “Layihəyə prezident Abdullah Gül dəstək verdikdən sonra iki cildlik foto-albom və üç cildlik memuar hazırladıq”.
Filmin çəkilişləri ərəfəsində Naxçıvanda olan heyət Azərbaycan muzeylərində Səlcuq dövlətinə aid materiallardan istifadə edib.
2009-cu ildən start götürən layihənin əsas məqsədi Səlcuq imperiyasına daxil olmuş ərazilərin və orada yaşamış xalqların bugünkü yaşayış tərzləri və həmin dövrün maddi-mədəni irsini araşdırmaq olub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 888